Konsertə Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.
Proqramda görkəmli sənətkarlar, respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları səsləndiriləcək.
Konsert biletlərini şəhərin bütün mərkəzi kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.
