Bu gün Tovuz Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri, cəmiyyətin sədr müavini Namazəli Məmmədovun 65 illik yubileyi və onun mənalı ömür yoluna həsr olunmuş “Şərəflə yaşanan ömür” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, dostları və yaxınları iştirak edərək yubilyarın həyat və fəaliyyətindən, cəmiyyət üçün gördüyü işlərdən danışıblar.
Çıxışlarda Namazəli Məmmədovun illər boyu xeyriyyəçilik fəaliyyətinə verdiyi töhfələr, Tovuz ictimai mühitində qazandığı hörmət və insanlara göstərdiyi diqqət xüsusi vurğulanıb. Təqdimatı keçirilən “Şərəflə yaşanan ömür” kitabında da onun həyat yolu, fəaliyyəti və insanlıq keyfiyyətləri ətraflı şəkildə əks olunub.
Tədbir səmimi və xoş ovqat şəraitində davam edib. Mərasimdən geniş reportajımız olacaq.
Əziz Namazəli müəllimi bir daha 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
P.S. Hörmətli Azərbaycan ziyalısı, qayğıkeş rəhbər Namazəli Məmmədovu 65 illik yubileyi münasibətilə "atributinfo.az"ın yaradıcı kollektivi adından biz də ürəkdən təbrik edir, ona yəni yaşında yeni-yeni uğurlar, möhkəm can sağlığı arzulayırıq.
Bəradər Səməndərli
"Atributinfo.az"ın baş redaktoru
