Sizin reklam burada
Sizin reklam burada
  • “AZƏRBAYCANIM” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı

    28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - Azərbaycan xalqının Müstəqillik gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı 2026-cı il 23 may saat 10:00-da Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda baş tutacaq.
    Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyəti Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası , Xətai Sənət Mərkəzidir.
    Dəstəkçilər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.
    Şüar: Azərbaycan səni sevirəm!
    Mövzu: Azərbaycan musiqisi təsviri sənətdə olan festival azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycan musiqisinə daha çox maraq göstərməsi və sevməsinə xidmət məqsədilə elan olunmuşdur.
    Festival çərçivəsində müsabiqəyə 1200-ə yaxın Azərbaycan vətəndaşı və əcnəbi yeniyetməvə gənc müraciət etmişdi.
    Təqdim olunan əsərlər arasindan seçilən mövzusu Azərbaycan musiqi alətləri, Azərbaycan rəqsləri, xalq folkloru, musiqili tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına illustrasiyalar və xəyali musiqi səhnələri kimi təsvirlər növbəli şəkildə Xətai Sənət Mərkəzində sərgiləndi və iştirakçılara sertfikat təqdim olundu.
    Sərgilərdən hər yaş qrupu üzrə 10 müəllif festivala seçildi.

    Festival iştirakçıları:

    8-11 yaş
    Babayeva Nigar 2015
    Camalzadə Vidadi 2018
    Əkbərova Fidan 2017
    Əliyeva Mehin 2017
    Qəhrəmanlı Xumar 2015
    Mahmudova Zəhra 2015
    Məmmədli Rəhimə 2016
    Nağızadə Zəhra. 2016
    Nəsirov Fəxri 2016
    Şirinova Fatma 2015

    12-14 yaş
    Bayramzadə Ruqəyya 2012
    Elizaveta Fisinko 2013
    Hüseynli Abbas 2013
    Xəlilli Nigar 2012
    İbadsoy Gülsüm 2014
    Mayılzadə Nazilə 2013
    Məmmədli Gözəl 2013
    Orucova Mehrin 2012
    Sadıxzadə Afşin 2014
    Vəli Sadiq 2013

    15-21 yaş
    Abdullayeva Fatimə 2008
    Babayev Fərid 2011
    Babayeva Fatimə 2011
    Baxışova Ayan 2011
    Bayramlı Mədinə 2011
    Bəkirova Fəzilə 2008
    Biryukova Snejanna 2007
    Kərimli Fidan 2009
    Məmmədova Ayan 2010
    Şərifzadə Çiçək 2010

    Əcnəbi festival iştirakçılari:
    Costenco Ana-Maria 2012, Moldova,
    Salar İmge 2015, Türkiyə,
    Naveera Arzoo Tahir 2005, Pakistan,

    Festivalın gündəliyi:
    10:00 Təntənəli açılış və plener
    13:00 Nahar fasiləsi
    14:00 Rəssam Mübariz Atakişiyevin ustad dərsi
    17:00 Mükafatlandırma və festivalın təntənəli bağlanışı

    Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər, həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.
    Əcnəbilərin əsərləri tərəfimizdən çap olunaraq sərgiləndi və əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olundu.
    Əsəri seçilən əcnəbi öz hesabına festivalda iştirak edə bilər.
    Müsabiqə və festivalda iştirak ödənişsizdir.

    Əlavə suallar üçün +994 51-310-74 01 tel|whatsapp
    Festivalın Azərbaycan musiqi mədəniyyətinin təbliğinə tövhə
    verəcəyinə inanırıq!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ