Sizin reklam burada
Sizin reklam burada
  • İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Şəki-Zaqatala Regional Təhsil İdarəsi, ETİHİ-nin rayon (şəhər) Komitələri, YAP-ın rayon təşkilatları və rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsinin təşəbbüsü ilə şimal-qərb bölgəsinin X–XI sinif şagirdləri arasında keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, təltifolunma mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, YAP-ın rayon təşkilatlarının sədrləri, Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli, ETİHİ-nin rayon (şəhər) Komitələrinin sədrləri, rayon icra hakimiyyətinin əməkdaşları, məktəb direktorları və qalib şagirdləri iştirak ediblər.

    Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxışlarda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan tarixində tutduğu mövqedən bəhs olunub, habelə inşa-yazı müsabiqəsinin keçirilməsinin məqsədi və şagirdlərin vətənpərvərlik tərbiyəsinə təsiri vurğulanıb.

    Sonda müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"












    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ