"Atributinfo.az" xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcısı Ülviyyə Əsgərli giriş nitqində Daşkənd icmasının birliyindən, milli-mənəvi dəyərlərin qorunmasından və doğma torpaqlara qayıdış ideyasının əhəmiyyətindən bəhs edib.
Rəsmi hissədə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc Daşkənd icmasının birliyini yüksək qiymətləndirərək, bu həmrəyliyin milli kimliyin qorunmasında mühüm rol oynadığını bildirib. O, Göyçə mahalı və Yeni Daşkəndlə bağlı xatirələrini bölüşərək, bu icmanın daim bir-birinə bağlılığını nümunə kimi qeyd edib.
Zahid Oruc may ayının Azərbaycan üçün əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin doğum günündən və tarixi hadisələrin simvolik məqamlarından bəhs edib, yubilyar Ağababa İsgəndərovu təbrik edərək onun həyat yolunu nümunə kimi dəyərləndirib.
Tədbirdə millət vəkilləri Rizvan Nəbiyev, Əziz Ələkbərli, icma sədri Fəzair Piriyev, tədqiqatçı-jurnalist Araz Yaquboğlu və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib və yüksək əhval-ruhiyyə ilə başa çatıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
