Sərgi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Dövlət Rəssamıq Akademiyası, İzmir Azərbaycan və Antalya Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəklərinin dəstəyi ilə təşkil olunacaq.
“Rənglərin zərafəti: Sənətin zəfəri” adlı rəsm sərgisində azərbaycanlı qadın rəssamların, habelə Türkiyədə fəaliyyət göstərən tanınmış rəssamlarımızın əsərləri sərgilənəcək.
İzmir Adnan Sayğun Sənət Mərkəzində aprelin 28-də başlayan və mayın16-dək davam edəcək sərgidə nümayiş etdirilən əsərlər əsasən Azərbaycan mədəniyyəti, Bakı, İzmir, təbiət, Qarabağ, qadın gözəlliyi, sevgi və s. mövzuları əhatə edir.
Sözügedən sərginin Antalyada nümayişi isə mayın 22-də Akdeniz Universitetinin sərgi salonunda nəzərdə tutulub.
