Bu barədə regional idarədən məlumat verilib. Bildirilib ki, Davud artıq ardıcıl olaraq 4-cü dəfə riyaziyyat fənni üzrə RFO-da qızıl medala sahib çıxır. O, həmçinin buraxılış imtahanlarında 297 bal toplayaraq Sumqayıt şəhəri üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
Davud Tarverdili, eyni zamanda, 42-ci Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadası və Beynəlxalq Jautikov Olimpiadasının qalibi olub.
