Elə bu məqsədlə də yaxın günlərdə Göyçay şəhərindəki çörək sexlərindən birində olduq...
Fikrət İsmayılovun rəhbəri olduğu bu kiçik kollektivin demək olar ki, hamısı öz işini sevən peşəkarlardır. Onlar istehsal etdikləri çörəyin təkcə estetik görünüşünə deyil, həm də məsaməliyinə, çəkisinə, bir sözlə keyfiyyətinə ciddi fikir verirlər. Ədviyyələr emal olunan məhsullara mövcud standartlara uyğun olaraq vurulur. Bu isə alıcıların zövqünü oxşayayır, ovqatını daha da yaxşılaşdırır.
Söhbət zamanı Fikrət İsmayılov qeyd etdi ki, "Seximizdə əsasən "Bakı", " Çovdar", "Pəhriz" çörəkləri, lavaşlar və şərq şirniyyatları emal olunur. Bu məhsullar kütləvi istehsal məhsulları olduğuna görə emal prosesində məsuliyyət ön plana keçir. Zənnimcə hər bir çorəkçinin məsuliyyəti ilk növbədə onun öz vicdanı olmalıdır. Eyni zamanda, bu işdə peşənin sirlərini bilənlər çalışmalıdırlar. Elə buna görə də atalar demişdir: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik!"
Müsahidərimizdən və aldığımız məlumatda aydın oldu ki, hazirda fəaliyyət göstərən sözügedən sex hər vaxt alıcılarını təzə və keyfiyyətli məhsullarla təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, sexin hər bir avadanlığı müasir standartlara uyğundur. Burada sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Əsas işçi kontingenti gənclərdən ibarətdir. Bir sözlə, bu işgüzar və mehriban kollektivin işindən hər kəs razılıq edir. Onlar da öz növbəsində Göyçay sakinlərinə nümunəvi xidmət etməkdən zövq alırlar.
Şahin Nuhov
bölgə müxbiri
