Sizin reklam burada
Sizin reklam burada
  • Ömrünü elmə, işıqlı gələcəyə həsr edən müəllim – İbrahim Nəbiyevin işıqlı yolu

    Ömrünü elmə, işıqlı gələcəyə həsr edən müəllim – İbrahim Nəbiyevin işıqlı yolu Cəmiyyətləri ayaqda saxlayan sütunlar var. O sütunların ən möhkəmi isə şübhəsiz ki, müəllimdir. Çünki müəllim sadəcə dərs keçmir, o, gələcəyi qurur, millətin sabahını formalaşdırır, dövlətin mənəvi və intellektual dayaqlarını yetişdirir. Müəllimin yandırdığı işıq bir sinif otağının divarları arasında qalmır, illər ötür, nəsilləri aydınladır, bütöv bir xalqın taleyinə çevrilir.
    Məhz belə ziyalılardan, ömrünü elmə, maarifə və insan yetişdirməyə həsr edən dəyərli şəxsiyyətlərdən biri də İbrahim Nəbiyevdir.
    İbrahim müəllim illər boyu yüzlərlə, bəlkə də minlərlə gəncin həyat yoluna işıq tutub. O, sadəcə şagirdlərinə kitab bilgisi verməyib, onlara elmə yiyələnməyin sirlərini, zəhmətin müqəddəsliyini, insan olmağın məsuliyyətini öyrədib. Onun yetişdirdiyi insanlar bu gün cəmiyyətin müxtəlif sahələrində ləyaqətlə xidmət göstərir, qazandıqları uğurlarda müəllim zəhmətinin izini qürurla daşıyırlar.
    Əsl müəllim təkcə məktəbdə deyil, həyatın bütün sahələrində nümunə olur. İbrahim Nəbiyev də məhz belə insanlardandır. O, təmsil etdiyi el-obanın, cəmiyyətin ictimai işlərində daim ön sıralarda olub, ağsaqqal sözü, müdrik yanaşması, insanlara doğru yol göstərən məsləhətləri ilə hər zaman seçilib. Onun fəaliyyəti yalnız elm ocağı ilə məhdudlaşmayıb, yaşadığı mühitin mənəvi inkişafında da mühüm rol oynayıb.
    İllər keçir, zaman dəyişir, nəsillər yenilənir. Amma bəzi insanlar var ki, onların missiyası heç vaxt bitmir. İbrahim müəllim də bu gün ağsaqqal yaşında belə öz müqəddəs missiyasını davam etdirir. Onun sözü yenə də yol göstərir, təcrübəsi yenə də öyrədir, həyat yolu yenə də örnək olur. Bu isə müəllim ömrünün ən ali zirvəsidir — illər keçsə də insanların yaddaşında yaşayan, hörmətlə anılan, xeyir-duası ilə seçilən ziyalı olmaq.
    Bu gün İbrahim Nəbiyevin növbəti doğum günüdür. Bu əlamətdar gündə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yetirmələrinin uğurları ilə daim qürur duymağı arzulayırıq.
    Doğum gününüz mübarək, dəyərli İbrahim müəllim! Nə xoş mənə ki, Sizin kimi müəllimlərim olub.
    Sizin ömrünüz elmə xidmətin, insanlıq nümunəsinin və müəllim adına verilən ən böyük dəyərin canlı təcəssümüdür.



    Mürtəza Bünyadlı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ