Sizin reklam burada
Sizin reklam burada
  • Yubileyiniz mübarək!

    Hörmətli Zakir müəllim!
    Sizi Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi adından 60 illik yubileyiniz münasibəti ilə təbrik edirik. Siz uzun illərdirki bu sahənin inkişafında böyük xidmətləri olmuş,torpağa can verən suyun düzgün idarə olunmasında, insanların rifah halının yüksəlməsində mühüm xidmətlər göstərmisiniz.Sizin rəhbərliyiniz altında Su Meliorasiya Sisteminin fəaliyyəti daha da inkişaf etmiş, rəhbərlik etdiyiniz kollektiv bir ailə kimi formalaşmışdır. Bu sizin müdrik və ədalətli fəaliyyətinizin bariz numunəsidir.
    Uca Allahdan sizə möhkəm can sağlığı, uzun ömür, fəaliyyətinizdə yüksək nəaliyyətlər arzulayırıq.
    Gördüyünüz bütün xeyirxah işlər sizin qarşınıza nur kimi işıq saçsın. Sizin kimi dəyərli rəhbər ilə işləmək bizim üçün qürur və fəxrdir.
    Bir daha yubileyiniz mübarək olsun!

    Dərin hörmətlə:
    Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ