Sizin reklam burada
Sizin reklam burada
  • Rasim Balayev yaratdığı obrazlarda və xalqının qəlbində həmişə yaşayacaqdır

    Böyük bir sənətkarı, böyük bir mədəniyyətin bir incisini itirdik. Belə bir itkini sözə çevirmək, ifadə etmək çox çətindir.

    Rasim Balayevin yaratdığı obrazlar bu xalqın mədəniyyətinin ölməz, həmişəyaşar səhifələridir. Bu, həm tarix, həm də yaddaşdır. Millətin yaddaşı. Nəsimi kimi böyük dühanı bu millətə qaytardı. Bir müddət Nəsimi adı gələndə elə Rasim yada düşürdü. Bəbək, Nəsimi, Beyrək, Cəbi və s. saymaqla qurtarmaz.

    Əsil sənətkar bizim gördüyümüz, bildiyimiz, lakin ifadə edə bilmədiyimiz, dilə gətirə bilmədiyimiz duyğularımızı, hisslərimizi bu günkü ruha gətirən, ortama gətirən insanlardır və bütün bünları sənətləri ilə insanlara çatdırırlar.
    Belə İnsanlar həmişə sevdiklərinin qəlbində, sevdikləri, yaratdığı şeylərin mahiyyətində yaşayır. Yaşamağın elə əsil anlamı da budur.

    Rasim Balayev də yaratdığı obrazlarda və xalqının qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!



    İltizam Yusifov
    VI çağırış Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ