Tibb üzrə fəlsəfə doktoru,
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini
Bu gözəl qızımızla yeni tanış oldum. Çox doğma təsir bağışladı mənə. Sonra bəlli oldu ki, məyər 4 yaşında olanda "TOF"dan tam düzəltmə əməliyatı icra etmişik. Şükür, hər şey qaydasındadır. Əməliyyatdan sonra bir daha qarşılaşmamışdıq. O gedincə yada düşdü xatirələr...
Əziz dostlar, dəyərli həmvətənlər!
"Ölkəmizdə son 30 ildə 100 minlərlə insanımız fərqli tibb müəssisələrində Azərbaycan həkimləri tərəfindən şəfa tapıblar. Hər kəsə kömək etmək mümkün olmasa da, bu qız kimi ən ağır ürək əməliyyatlarında belə hər min nəfərdən 980-990 nəfərin ömrünə ömür qatılıb. Məhz bütün bunları bilən və canlı yaşayan bir vətəndaş kimi işini məsuliyyətlə icra edən bütün səhiyyəçilərin qarşısında baş əyirəm. Düşünürəm və əminəm ki, dünən olduğu kimi Azərbaycan səhiyyəçisi bugün də, sabah da vəzifəsini və sənətini şərəflə, həvəslə, məsuliyyətlə və sevərək görəcəkdir. Ən əsası isə "sosial media qəhrəmanlarının" müzakirələrinə dözümlü yanaşacaqdır. Çünki 10 minlərlə ölkə vətəndaşının onlara və onların peşəkar yanaşmasına ehtiyacı var. Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının keyfiyyəti və səmərəliliyi də onlardan asılıdır.
Əziz dostlar! Onlara sevgi və hörmətlə yanaşaq. Çünki dar günümüzdə cəmiyyət olaraq onlardan ancaq verdiyimizi alabilərik. Gısacası, gəlin hekayəmizi dua edərcəsinə anladaq və problemlərimizi məntiqlə, etik normalar çərçivəsində, birlikdə müzakirə və həll edək.
Tanrı xalgımızı, dövlətimizi, Prezidentimizi və hər birimizi qorusun!"
#Devizimiz: "Hər şey canımızı heç düşünmədən əmanət edəbiləcəyimiz Azərbaycan həkimi və onun səhiyyəsi naminə!"
