Tədbirin bədii hissəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə sənətçilərimiz fortepiano, həmçinin fleytada "Ay Laçın", "Sarı gəlin" və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.
Azərbaycanın Qətər Dövlətindəki səfiri Adış Məmmədov beynəlxalq konqresin əhəmiyyətindən danışıb. O, bu kimi tədbirlərin türk dünyasının birliyinin, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin formalaşmasında müstəsna rolunu qeyd edib.
