Səhnədə "Turan" Folklor-Etnoqrafik Ansamblı, "Gulder" Ansamblı, "Saltanat" Dövlət Rəqs Ansamblı və K.Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının və E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.
“TAMYR” konsertinin məqsədi türk xalqlarının ortaq mədəni kimliyini musiqi və rəqs vasitəsilə qeyd etmək, tamaşaçılara Türk dünyasının zəngin bədii irsinə nəzər salmasına imkan yaratmaqdır. Bu tədbir türk dövlətləri arasında mədəni əməkdaşlığı gücləndirməklə yanaşı, onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verir.
Konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanda akkreditə olan diplomatik korpusun əməkdaşları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət və mədəniyyət xadimləri iştirak ediblər.
