Bu sətirləri Azərbaycan Milli Elmlər Akademiyası Bitki Mühafizə və Texniki Bitkilər ET institutunun direktoru professor İbrahim Cəfərov özünün Feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki,
yeni genetik materialların məhsulu toplanır, seleksiya seçimləri gedir, müxtəlif ölkələrin sortları ilə yerli sortlar müqayisəli öyrənilir, son nəticədə tezyetişən, quraqlığa, zərərli orqanizmlərə qarşı davamlı sort yaradılmasının lap astanasındayıq:
"Şənbə günü olsa da həmkarlarımız könüllü şəkildə məhsul toplayır, tədqiqatlarını davam etdirirlər. Foto şəkillərdə gördükləriniz bizim institutun yerli sortlarıdır. Yorulmayasınız!" İbrahim Cəfərov qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
