Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda iftar mərasimi təşkil olunmuşdur

    Artıq Ramazan ayının başa çatmasına saylı günlər qalıb. Bu müqəddəs ay çərcivəsində ölkəmizin ünlü ziyalıları tərəfindən İlahi sevgi olaraq təqvalı insanlara, möminlərə bəndələrə, ibadət əhlinə iftar süfrələri açılır, Şəhidlərimizin ruhuna dualar oxunur. Belə tədbirlər çərçivəsində 6 aprel 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə “Xəyal” şadlıq sarayında iftar mərasimi təşkil olunmuşdur. İftar mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Rayon İcra Hakimiyyətinin kollektivi iştirak etmişdir.
    Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, Ramazan ayının fəzilətlərindən danışılmışdır.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ