Bu günlərdə Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə Şəmkir rayonunda göz xəstəliklərinin pulsuz müayinəsinin təşkil olunması da ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğundur və nəcib təşəbbüslərə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, "Dünyagöz" xəstəxanasının yüksəkixtisaslı həkimləri tərəfindən karantin qaydalarına uyğun olaraq, həyata keçirilən müayinələrdə əsasən şəhid ailələri, müharibədə sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 240 nəfərdən çox rayon sakini iştirak edib. Bildirilib ki, əməliyyat olunmağa ehtiyacı olan pasiyentlər aksiya çərçivəsində yaxın günlərdə pulsuz əməliyyat olunacaqlar.
Aksiya iştirakçıları dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edib, müayinə və müalicənin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
