Qax rayonunda rayonun yaranmasına həsr olunan “AVAZ” Gənclərin Xor Düşərgəsinin iştirakçılarının qala konserti keçirilib.
"Atributinfo.az" xəbər verir ki, konsert 08 avqust 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Qax şəhərində yerləşən İçəribazar Qala Kompleksində təşkil olunub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı İctimai Xoru tərəfindən həyata keçirilən düşərgə çərçivəsində hazırlanan konsert proqramında gənclərdən ibarət xor kollektivinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də dünya musiqisindən nümunələr səsləndirilib.
Tədbir iştirakçılara canlı xor ifası ilə yüksək səviyyəli musiqi zövqü yaşadıb, eyni zamanda Qax sakinlərinin mədəni və bədii istirahətinin təşkilinə töhfə verib.
Konsertin keçirilməsində əsas məqsəd gənclərin musiqi və incəsənətə marağının artırılması, musiqi sənətinin təbliği və geniş auditoriyaya çatdırılması, Qax sakinlərinin mədəni istirahətinin təmin edilməsi və rayonun mədəni həyatının zənginləşdirilməsidir.
Bəradər,
Zahir
"Atributinfo.az"