Sizin reklam burada
Sizin reklam burada
  • H

    Yaşanan ömrün görüntüləri

    Qısa ömür kəsiyini yaşadığımız fani dünyada həyat Uca Tanrı tərəfindən qurub-yaratmaq, elm öyrənmək və elm öyrətmək, xeyirxahlıq etmək üçün insanlara verilən bir şansdır. Ta qədim dövrdən idraklı insanlar zaman-zaman dünya, həyat, axirət haqqında düşünmüş, fikir mübadilələri yürütmüş, mülahizələrini həmfikirləri ilə bölüşmüş, dərin zəkaları, elmi təcrübələri, bilik və bacarıqları ilə yetişən gənc nəsilə örnək olmuşlar. Bioloji və ictimai varlıq kimi insanlara iradəsindən asılı olmayaraq bir ömür payı ayrılmışdır. Hamı, hər kəs öz ömrünü yaşayır, gününü-güzəranını görür, sonra isə bu gözəl və işıqlı dünyanı əbədi olaraq tərk edir. Dünyaya hər kəs sanki bir missiyanı yerinə yetirmək, hansısa bir işi icra etmək üçün doğulur. Vəzifəsindən, peşəsindən, sənətindən və məşğuliyyətindən asılı olmayaraq xoşbəxt o insanlardır ki, vətəninə, xalqına, millətinə, dövlətinə, ailəsinə sədaqətlə xidmət edər, el-obanın hörmət və məhəbbətini qazanar, insanlığı və xeyirxahlığı ilə xatirələrə, yaddaşlara silinməz iz salar. İnsan üçün mənəvi sərvətlər qazanmaq, əxlaqi dəyərlərə yiyələnmək maddi nemətlər qazanmaqdan qat-qat çətindir, mürəkkəbdir. Mənəvi sərvətlərin yaradılmasında bilavasitə biliyin özü və zehni fəaliyyət iştirak edir. Bu qəbil insanların zəkasının gücü ölçü vahidinə gəlmir, fıkirləri, ətrafdakılara münasibəti danışığı və davranışı ilə başqalarına nümunə olur. Heç şübhəsiz, insanın dəyəri onun can atdığı həyat amalındadır. Yalnız güclü istedad, dərin əxlaq, zəngin mənəviyyat, ağıl və kamal sahibləri gərgin əməyi və halal zəhməti ilə yüksəlir, zirvələr fəth edir, qarşıya qoyduqları məqsədlərinə uğurla nail olur, şan-şöhrət sahibi olurlar. Belə insanlardan biri dünyaya ziyalı ailəsində göz açmış, böyümüş, həyata baxışı tam formalaşmış, ziyalılığın bütün atributlarını yüksək zəkasında əks etdirən İradə xanım Mahmud qızıdır.
    İnsan yer üzündə qitələri, səmada ulduzları kəşf etdiyi kimi, tez-tez daxilinə nəzər salıb özünü kəşf etməlidir və özündən soruşmalıdır: "Mən nəyə qadirəm? Mən kiməm?". İradə xanım idrakın dəlillərinə, vicdanının səsinə qulaq asdığı üçün nəyə qadir olduğunu yetərincə bilir. O, həmişə ağlın hökümranlığına tabe olmuş və məhz buna görə də həyat yollarında doğru, düzgün addımlamışdır. Belə bir dost böyüklərin yolunu tutub dahiləşib, kiçiklərin yolunu tutub ucalmışdır. İnsan həyatı dərk etdikdə öz əqidəsinin şəklinə çevrilir, bu isə onu ya sevindirir, ya da məyus edir. Buna görə də insanın əqidəsi saf olmalıdır. Batində bir, zahirdə isə başqa cür olmamalıdır. Hər kim olursa-olsun, insan bir sifətli olmalıdır. Ən böyük faciə fərd olaraq insan qiyafəsində görünənlərin adlarının insan çağrılmamasıdır. İnsanlıq, ləyaqət geniş anlayışdır. Ona görə də hər özünü öyən yaltaqlardan, riyakarlardan, satqınlardan, vəzifə xəstələrindən dost, yoldaş olmur. Həyatda insan üçün başlıca nemət ideal və tükənməz əqidədir. Kimin ki, həyatda gücü ağılla birləşir, onlar şəxsiyyətə çevrilir, zamanında sözünü deyə bilir. Bunların hər ikisi İradə xanımda var. Elə bu səbəbdən də o, sözünüzün təsir qüvvəsini şəxsiyyətindən asılı etmişdir. Söz deyən insanın şəxsiyyəti sözündən yüksəkdə durduqda o, müdriklik zirvəsinə yüksəlir. İradə xanım bu mənada insanlığın ən yüksək zirvəsini fəth etmişdir.
    Məlumat üçün qeyd edim ki, İradə xanım 1957-ci il fevral ayının 12-də Azərbaycanın Şimal-Şərqində qərar tutan qədim Siyəzən torpağında ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışdır. O, rayonda fəaliyyət göstərən 1 saylı Şəhər orta məktəbini əla qiymətlərlə bitirib, sənədlərini M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna verib və qəbul olunub. Hər bir varlıq özündən böyük olmayan yerdə böyükdür, böyük olan yerdə kiçikdir.
    Mən İradə xanıma idrakın dəlillərinə, vicdanın səsinə qulaq asaraq, hər zaman böyük olmağı arzulayıram və o, həqiqətən də həyatda belədir. İşlədiyi müddətdə kollektivdə çalışqanlığı, savadı, bacarığı ilə daim rəhbərliyin diqqətini cəlb edir, etibarını qazanır. Elə bu qabiliyytəinə görə rəhbərlik tərəfindən dəfələrlə Fəxri fərmana və digər mükafatlara layiq görülmüş, çalışqanlığı ilə tələbələr arasanda fərqlənmişdir. İradə xanım ali təhsili uğurla başa vururduqdan sonra ailə həyatı qurur və bir müddət işləmir. Sonra o, Binəqədi Neft İdarəsinə işə dəvət olunur. Burada müxtəlif vəzifələrdə işləyir, hətta şöbə müdiri vəzifəsinə qədər yüksəlir.

    Dəniz səviyyəsi ilə ölçülür səviyyələr, Yüksəlir səviyyələr, alçalır səviyyələr.

    Adamlara gəlincə ağzını açan kimi,
    Bir an içərisində
    seçilir səviyyələr.

    İradə Hacıxanım ağlının gücündən, zəkasının nurundan, kamillik, mənəvi zənginlik üçün istifadə edib ömrünün aqillik çağlarına çatmışdır. Yüksək intellektual səviyyəsi ilə, ali təffəkür qabliyyəti ilə yanaşı, insani keyfıyyəti ilə işlədiyi kollektivdə, ailədə, qohumlar, dostlar, qonşular arasında və doğulub boya-başa çatdığı eldə-obada hörmət qazanmışdır. İradə xanım mənim üçün hər şeydən əvvəl özünü dərk edən, həssaslığı, mənəvi kamilliyi, həyata baxışı, sağlam mühakiməsi, mühakimələr əsasında konkret fikir yürütməsini bacaran, sözü yerində deməyi, nikbinliyi, təmkinliyi, şəxsiyyəti ilə xalqı, ailəsi, yaxınları qarşısında borcunu dərk edə bilməsi, özünə hesabat verə bilməsi ilə seçilən, sayılan alicənab insandır. Eyni zamanda o, təbiət vurğunudur. Bu yerdə böyük şairimiz Qabilin səviyyələr haqqında dediyi bir fikri yada salmaq yerinə düşər.
    İradə xanım əsl azərbaycanlı ziyalı xanımdır. O, ziyalı ailəsində inkişaf etmiş, yüksəlmişdir. Ziyalının cəmiyyətin inkişafında problemlərin həll olunmasında vəzifələri böyükdür. Ziyalı millətin xoşbəxtliyi, nurlu mayakı, bu günü və sabahıdır. O, öz nurunu, ziyasını elinə, xalqına bəxş edir. Ziyalılıq məntiqlilik, məqsədəyönülülük, mübarizlik, yüksək iradəlilik və s. kimi keyfiyyətlərə xasdır. Eyni zamanda, ziyalılar cəmiyyətin ağıllı, düşüncəli, bilikli və proporsional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı yayılması üçün səy göstərən şərtlərin daxil olduğu sosial təbəqədir. İradə xanım bu mənada Allaha çox yaxın olan, imanlı və əqidəli bir şəxsiyyətdir. O, anadangəlmə Hacıxanımdır. Allahın evini ziyarət edib. Allahın evi hər bir insanın qəlbindədir. İradə xanımın qəlbi pak və təmizdir. Bu yerdə Həzrəti. Əli ə.s. bir fikrini yada salmaq yerinə düşər.
    "İstəsən saf olsun sinəndə ürək, Ürəkdən on iki şeyi atasan gərək. Hərislik, acgözlük, tamah, simiclik, Pislik, hiyləgərlik, xəyanət, biclik, Paxıllıq, dargözlük, təkəbbürlü qüruru Əngəldir, hər işdə bir ziyan durur, Onlardan uzaq ol!"

    -İradə xanım kimi insanı ara,
    Arxalan şöhrətli, canlı dostlara. Axırıncılar çoxmərdlikdir, əvvəlkilər bədxahlıq. Eylə öz könlünün mülkünə şadlıq.

    Ən gözəl Hacıxanımsan, ən gözəl anasan.
    Ən gözəl dostsan, ən gözəl insansan.

    Zaman çox sürətlə gedir. Onu ötmək, qabaqlamaq qeyri mümkündür. Xoşbəxt o, adamdır ki, qaçan zamanı gözdən qoymur, onun dalınca qaçır, boylanır, baxır. Öz işiniz, əməliniz ilə zamanın izinə iz salırsınız. İnsan ömrünün mənası zamanın günlərinə, aylarına, illərinə saldığı bu izlərdədir. Zamanla yaşayan belə insanlar yaddaşlarda yaşayırlar. Türk xalqının böyük oğlu Turqut Ozala sui-qəsd edilən zaman o, başını tribunadan qaldıraraq: “Tanrının verdiyi ömrü kimsə ala bilməz!” - dedi. Buna əlavə edək; kimsə onu artıra da bilməz. Bizdən o qalır ki, Yaradana dualar edək ki, Hacıxanımın özü istədiyi qədər Allah ona sağlam və mənalı ömür qismət etsin. Amin! Həmişə Tanrının pənahında olsun. Amin! Səmimi və gözəl insan, yaxşı dost, sədaqətli ailə başçısı, ləyaqətli övlad anası, şirin nəvələrinin nənəsi, sevimli qayınana, vətənini, dövlətini böyük məhəbbətlə tərənnüm edən, milli və bəşəri dəyərləri öyrənməyə çalışan, doğulduğu ailənin parlaq ulduzu kimi işıq saçan hörmətli İradə Mahmud qızı xoşbəxt insandır. Allahdan arzum budur ki, ömrünün 67-ci baharını qarşılayan Siyəzən gözəli İradə xanıma, şad-xürrəm, sağlam, mənalı yaşamaq nəsib olsun. Həmişə Ulu Tanrının Pənahında olasun, amin!

    BDU-nun dosenti: Saleh Əliyev

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ