Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli - "XƏYAL KİMİ YOX OLURUQ BİR ANDA"


    Bəradər Səməndərli 


    XƏYAL KİMİ YOX OLURUQ BİR ANDA


    Yuxu kimi gəlib keçir ömrümüz,

    Xəyal kimi yox oluruq bir anda.

    Bu dünyanın yaranısı, mənası,

    Ayə, ayə yazılıbdı Quranda.


    İki dünya tərəzidir, mizan yox,

    İndi mövzu başdan aşır, yazan yox.

    Ondan başqa sığınacaq ünvan yox,

    Allah deyir, yıxılan da, duran da.


    Nə əvvəlin bilən yoxdu, nə sonun,

    Nəkarayıq qarşısında biz Onun.

    Qərar Onun, hökm Onun, güc Onun,

    Yeri Göyü yox eyləyər bir anda.


    İnsanlığın səhmin almaq istəsən,

    İmanınla fərqli olmaq istəsən;

    Namaz qılıb, oruc tutmaq istəsən,

    Səcdə eylə, rukuya get dur, onda.


    Deməyin, Bəradər danışmır, dinmir,

    Dostlar, heç kəsin keçmişi silinmir.

    Qadın-kişi, erkək-dişi bilinmir,

    Necə çalmasın İsrafil "Sür" onda?


    29.09.2023


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ