Sizin reklam burada
Sizin reklam burada
  • Sağlam ürək, daha uzun və daha keyfiyyətli həyat deməkdir

    Rəşad Mahmudov 

    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru


    Ürək yalnız həyatımızı davam etdirən bir orqan deyil, sağlam və keyfiyyətli ömrün əsas göstəricilərindən biridir.

    Ürək-damar xəstəliklərinin böyük bir hissəsinin qarşısını vaxtında görülən sadə, amma davamlı tədbirlərlə almaq mümkündür: qan təzyiqinə, qan şəkərinə və xolesterinə nəzarət etmək, sağlam qidalanmaq, fiziki aktiv olmaq, tütün məmulatlarından uzaq durmaq və mütəmadi tibbi müayinələrdən keçmək.

    Bir ürək cərrahı olaraq hər gün bir daha görürəm ki, ən uğurlu əməliyyat belə xəstəliyin qarşısını almaq qədər qiymətli deyil.

    Bu Dünya Ürək Günündə hər kəsə bir çağırışım var:

    Ürəyinizi qoruyun — çünki onun içində sevdikləriniz, arzularınız və gələcəyiniz var. 


    Sağlam ürək, daha uzun və daha keyfiyyətli həyat deməkdir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ