Sizin reklam burada
Sizin reklam burada
  • Lilpar Cəmşidqızı - QƏZƏL

    Lilpar Cəmşidqızı - QƏZƏL
    Lilpar Cəmşidqızı

    QƏZƏL

    Yaradıb Tanrı bu can çəksin əzab möhnətdən,
    Nə qədər cəhd elədim, düşdüm uzaq qismətdən.

    Gərək insanə əzəl ruzini Allah versin,
    O zaman çox yığılar yerdə bəhər zəhmətdən.

    Sönərəm, bir günəş olsam, yerə zülmət çöksün,
    Məni məhrum eləsən qəlbə dolan rəhmətdən.

    Yerə Peyğəmbəri göndərmisən, Allah, bir gün,
    Doğulan bəndəni agah eləsin xilqətdən.

    Məni düzgün yola sövq eyləyən ol Həzrətdir,
    Gecə rö'yadə dolaşdım O keçən hicrətdən.

    Qızılın külçəsi torpaqda qalar, paslanmaz,
    Onu yandırsan əgər, düşməyəcək qiymətdən.

    Yazılan qismətə şükr eyləyirəm insantək,
    Mənə pay verdi O, sağlamlıq olan sərvətdən.

    Mənim ismim bulağın köksün əmən bir güldür,
    Xəzəl ömrümdə bunu fərq elədim nisbətdən.

    Səni ruhumla sevib, dərk edirəm, Allahım,
    Məni Lilpar elədin, zövqün alım xidmətdən.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ