Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov partiya fəalı Talıbov Fikrət Orucəli oğlunu 45 illik yubileyi münasibətilə təbrik edib.
"Atributinfo.az" xəbər verir ki, Rayon təşkilatında təşkil olunan görüş zamanı Fikrət Talıbovun YAP sıralarında səmərəli fəaliyyəti, partiya işində fəallığı və ictimai-siyasi proseslərdə iştirakı yüksək qiymətləndirilib. Uzunmüddətli və səmərəli fəaliyyətinə, partiya işində fəallığına, eləcə də 45 illik yubileyi münasibətilə Fikrət Talıbov Astara rayon təşkilatının “Təbriknamə”si və qiymətli hədiyyə ilə təltif olunub.
Fikrət Talıbov çıxışında Yeni Azərbaycan Partiyasına və partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına qəlbən bağlı olduğunu bildirib. O, partiya fəallarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib. F.Talıbov bundan sonra da partiyanın fəaliyyətində daha məsuliyyətlə iştirak edəcəyini və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğulayıb.
P. S. Dəyərli fəalını "atributinfo.az" internet portalı olaraq biz də bir daha təbrik edir, sağlam və uzun ömür sürməyi arzulayırıq.
Bəradər Səməndərli
"Atributinfo.az"
