Sizin reklam burada
Sizin reklam burada
  • Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir


    Bu gün burada yalnız tibbi və elmi məsələləri müzakirə etmək üçün deyil, həm də cəmiyyətimizin mühüm sosial məsuliyyətlərindən biri olan əlil şəxslərin sağlamlığının, inkişafının, təhsilinin və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində birgə yanaşmaları müəyyənləşdirmək üçün toplaşmışıq. Bu mövzuya yalnız tibbi problem deyil, insan hüquqları, bərabər imkanlar, inklüzivlik və ictimai rifah baxımından da yanaşmaq vacibdir.

    Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş direktoru Səbinə Babazadə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında çıxış edərkən deyib.

    O bildirib ki, hər bir uşağın və ailənin fərdi ehtiyaclarının nəzərə alınması, onların vaxtında müvafiq mərkəzlərə yönəldilməsi və davamlı dəstəklə təmin olunması xüsusi əhəmiyyət kəsb edir: "Bu istiqamətdə əsas prioritetlərdən biri inkişaf xüsusiyyətlərinin erkən müəyyən edilməsi və dəstəyin vaxtında göstərilməsidir. Erkən aşkarlanma, düzgün qiymətləndirmə, müvafiq müdaxilə və davamlı dəstək uşaqların potensialının inkişafına, ünsiyyətinin və sosial bacarıqlarının gücləndirilməsinə mühüm töhfə verə bilər. Eyni zamanda, valideynlərin məlumatlandırılması və mütəxəssislərin dəstəklənməsi bu prosesin ayrılmaz hissəsidir. Əhalinin sağlamlığının qorunması yalnız xəstəliklərin qarşısının alınması ilə məhdudlaşmır, həm də sağlamlıqla bağlı məlumatlılığın artırılması, erkən profilaktik yanaşmaların təşviqi, səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəlməsi, eləcə də müxtəlif sahələr arasında səmərəli əməkdaşlığın qurulmasını ehtiva edir. Bununla yanaşı, cəmiyyətdə düzgün məlumatların gücləndirilməsi, yanlış təsəvvürlərin və narahatlıqların aradan qaldırılması da mühüm vəzifələrimizdəndir. Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq, onların hüquqlarına hörmət etmək və belə şəxslər üçün bərabər imkanların yaradılmasına töhfə vermək hər birimizin məsuliyyətidir".


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ