Sizin reklam burada
Sizin reklam burada
  • NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər


    ABŞ və Kanada astronavtları Anil Menon və Coşua Kutrik Beynəlxalq Kosmik Stansiyada günəş panelləri quraşdırmaq üçün bir ay ərzində iki dəfə kosmosa çıxacaqlar.

    Bu barədə NASA məlumat yayıb. Bildirilib ki, ilk kosmosa çıxış oktyabrın 29-da, ikincisi isə noyabrın 5-də baş tutacaq. Astronavtlar orbital stansiyanın köməkçi enerji sisteminin təkmilləşdirilməsini başa çatdırmaqla, Beynəlxalq Kosmik Stansiyada yeddinci və səkkizinci IROSA günəş panellərini quraşdıracaqlar. Bütün səkkiz IROSA panelindən istifadə Beynəlxalq Kosmik Stansiyanın mövcud enerji istehsal gücünü 30% artıraraq 160 kilovattdan 215 kilovata çatdıracaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ