Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib


    UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin II turu məhsuldarlıq baxımından turnirin rekordunu yeniləyib.

     18 oyunda qapılara ümumilikdə 78 qol vurulub. Bu, hər matçda orta hesabla 4,33 qol deməkdir.

    Turun ən məhsuldar qarşılaşmalarından birində “Liverpul” (İngiltərə) LASK-a (Avstriya) 6:3, “Brügge” (Belçika) “İnter”ə (İtaliya), “Real Madrid” (İspaniya) isə “Roma”ya (İtaliya) 4:3 hesabı ilə qalib gəlib. “Aston Villa” (İngiltərə) “Fənərbağça”nı (Türkiyə) 6:0 hesabı ilə darmadağın edib. “Bavariya” (Almaniya) “Vikinq”lə (Norveç) 3:3 hesablı heç-heçə edib, PSJ (Fransa) isə “Mançester Siti”ni (İngiltərə) 4:2 hesabı ilə üstələyib.

    Əvvəlki rekord 2025/2026-cı illər mövsümünün III turunda qeydə alınmışdı. Həmin vaxt 18 matçda 71 qol vurulub və orta göstərici 3,94 olub.

    Qeyd edək ki, Çempionlar Liqasının formatı 2024/2025-ci illər mövsümündən dəyişdirilib. Qrupları 36 komandanın iştirak etdiyi liqa mərhələsi əvəzləyib. Nəticədə hər turda keçirilən oyunların sayı 16-dan 18-ə yüksəlib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ