Sizin reklam burada
Sizin reklam burada
  • Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb


    Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının (AES) təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (təxminən 22,5 milyon dollar) vəsait ayırıb.

    Bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Rəsmi bəyanatda bildirilir ki, ayrılan bu maliyyə dəstəyi Çernobıl AES-in qoruyucu strukturunun bağlanması və ventilyasiya sisteminin bərpası, həmçinin stansiyanın istismar müddətinin uzadılması üçün vacib olan təmir işlərinə yönəldiləcək.

    Qeyd olunub ki, obyektdə korroziyanın qarşısının alınması üçün təmir işlərinin aparılması qaçılmazdır. Əks təqdirdə, mövcud vəziyyət "onilliklər boyu qoyulmuş beynəlxalq investisiyaları alt-üst edə" və ciddi uzunmüddətli ekoloji risklər yarada bilər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ