Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudovdan Astarada YAP fəalları ilə görüş

    Bu gün  Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının inzibati binasında rayon təşkilatının sədri Həbib Cəfərov, partiya fəalları və nümayəndələri ilə görüş keçirib.

    Görüşün əsas mövzusu Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri, qurultayda aparılan müzakirələr və partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında qarşıya qoyduğu hədəf və vəzifələr olub.


    Görüşlə bağlı "Atributinfo.az"a açıqlamasında millət vəkili, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib: 


    "Qurultayda iştirak edən Astara nümayəndələri ilə birlikdə orada səsləndirilən fikirləri partiyadaşlarımızla bölüşüb, ölkəmizin qarşısında duran yeni çağırışlar, partiyamızın gələcək fəaliyyət istiqamətləri və hər birimizin üzərinə düşən məsuliyyət ətrafında geniş fikir mübadiləsi apardıq.

    Yeni Azərbaycan Partiyasının gücü hər zaman xalqla sıx bağlılığında, dövlətçilik maraqlarına sədaqətində və qarşıya qoyulan hədəflər ətrafında vahid mövqedən çıxış etməsində olub."

    Millət vəkili bildirib ki, bu gün Azərbaycanın qarşısında yeni imkanlar və yeni hədəflər var. Bu hədəflərə çatmaq isə yalnız əldə etdiyimiz uğurlarla kifayətlənməməyi, daim yenilənməyi, insanlarla daha yaxından işləməyi və ölkəmizin gələcəyi naminə hər birimizin üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsini tələb edir:


    "Astara rayon təşkilatının fəalları ilə keçirdiyimiz bugünkü görüş də məhz bu baxımdan səmərəli və faydalı fikir mübadiləsi oldu."- Rəşad Mahmudov deyib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ