“İranın TRIPP layihəsinə münasibətində artıq bloklaşdırma deyil, layihənin hansı şərtlərlə region və İran üçün faydalı ola biləcəyi istiqamətində yanaşma hiss olunur”.
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, oktyabrın 5-də Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşdə əsas diqqət çəkən məsələlərdən biri TRIPP layihəsinin icrası ilə bağlı müzakirələr olub:
“Burada əsas diqqət çəkən məqamlardan biri TRIPP layihəsinin icrası ilə bağlı məhz müzakirə olub. Buna qədər də İran və Ermənistan xarici işlər nazirləri regional kommunikasiyaların açılması haqqında müzakirə apararkən TRIPP-in yaratdığı imkanları ortaya qoyublar. Bu, artıq TRIPP-in İran tərəfdən də nəzərə alındığını göstərir.Tehran əvvəlki mərhələlərdə layihənin mümkün geosiyasi və təhlükəsizlik nəticələrinə daha ehtiyatlı yanaşırdı.Məlumdur ki, Tehran əvvəlki mərhələlərdə ümumiyyətlə layihənin mümkün geosiyasi və təhlükəsizlik nəticələri baxımından baş tuta bilməyəcəyi məsələsini qabardırdı, buna çox ehtiyatlı yanaşırdı. İndi isə artıq TRIPP-in icrasının gedişi barədə Mirzoyan Pezeşkiana məlumat verir. Yəni layihəyə sadəcə etiraz ediləcək məsələ kimi deyil, regionda formalaşan yeni nəqliyyat reallığı kimi yanaşma var.İranın layihənin bütün parametrlərini qəbul etdiyini söyləmək hələ tezdir. Onun sözlərinə görə, Tehran üçün əsas məsələlərdən biri suverenlik və təhlükəsizlik məsələsidir.Bununla belə, İranın layihənin bütün parametrlərini qəbul etdiyi inandırıcı deyil. İranın əsas şərtləri bir neçə istiqamətlə bağlıdır. Burada suverenlikdən, təhlükəsizlik məsələsindən söhbət gedir. ABŞ və Ermənistan arasında TRIPP üzrə çərçivə sənədində Ermənistanın öz ərazisi üzərində suverenliyi, ərazi bütövlüyü və hüquqi yurisdiksiyası qeyd olunur. Ermənistan tərəfi də İrana izah edir ki, layihə üçüncü ölkənin silahlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutmur və bütün infrastrukturlar Ermənistanın hüquqi yurisdiksiyasında qalacaq”.
A.Nağıyev vurğulayıb ki, İran layihənin öz iqtisadi maraqları baxımından da imkanlar yaratdığını görür:
“İran buna çox spesifik yanaşır və layihədən iqtisadi fayda əldə edə biləcəyini düşünür. TRIPP Naxçıvan istiqamətində bağlantı yaratsa, İranın Ermənistan və Naxçıvan üzərindən daha geniş nəqliyyat şəbəkələrinə çıxış imkanları arta bilər. Bu da İran üçün müsbət dividentdir.Tehran üçün əsas prinsip TRIPP-in İranın regional təhlükəsizlik maraqlarına zidd olmamasıdır. İran üçün əsas məsələ görünür TRIPP olsun, amma İranın sərhədlərində regional təhlükəsizlik maraqları hesabına olmasın. Bu onların prinsipidir. Bu baxımdan ərazi bütövlüyü və suverenlik qorunmalı, üçüncü ölkələrin hərbi qüvvələri və ayrıca hərbi infrastrukturu yerləşdirilməməlidir.İran eyni zamanda layihənin öz nəqliyyat maraqlarına məhdudlaşdırıcı mexanizm yaratmasını istəmir. İranın sərhədlərində və İranın nəqliyyat maraqlarında məhdudlaşdırıcı mexanizm yaradılmamalı, siyasi proseslərə keçid olmamalıdır. İranın Ermənistan, Naxçıvan və Azərbaycana daha geniş regional nəqliyyat əlaqələrindən istifadə imkanları saxlanılmalıdır. TRIPP yalnız biristiqamətli layihə deyil, regional bağlantı kimi fəaliyyət göstərməlidir”.
A.Nağıyev hesab edir ki, düzgün qurulduğu halda TRIPP İranı regional nəqliyyat proseslərindən kənarlaşdırmaq əvəzinə, bu proseslərə daha fəal şəkildə qoşa bilər:
“TRIPP Azərbaycan-İran münasibətlərinə həm yeni imkan, həm də yeni koordinasiya ehtiyacı yarada bilər. Azərbaycan baxımından əsas məsələ Zəngəzur istiqamətindən Naxçıvana bağlantının açılmasıdır. İran isə öz növbəsində Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində yerləşir. Deməli, düzgün qurulduğu halda TRIPP İranı regional nəqliyyat proseslərindən kənarlaşdırmaq əvəzinə, onu həmin prosesə qoşa bilir.İranın TRIPP-ə münasibətinin yumşalması Azərbaycan-İran münasibətlərində nəqliyyat və tranzit diplomatiyası baxımından da yeni imkanlar yaradır. Bu baxımdan İranın TRIPP-ə münasibətinin yumşalması Azərbaycan-İran münasibətlərində nəqliyyat və tranzit diplomatiyası üçün yeni imkan yaradır. İran ərazisindən Naxçıvana və oradan Azərbaycan ərazisinə bağlantılar, enerji və yükdaşımalar sahəsində paralel layihələr bu münasibətlərin iqtisadi komponentini gücləndirə bilər. Nəqliyyat layihələrinin inkişafı İran üçün iqtisadi imkanların genişlənməsinə də şərait yarada bilər. Azərbaycan, Naxçıvan, Ermənistan, İran və daha geniş Şərq-Qərb bağlantıları bir-birini tamamlayır. Bu formatda inkişaf edərsə, Tehran üçün də iqtisadi stimulun yaranması göz qabağındadır”.
Deputat vurğulayıb ki, Pezeşkian-Mirzoyan görüşü İranın TRIPP-ə rəsmi və şərtsiz razılıq verdiyini göstərmir:
“Bir məqamı da qeyd etmək lazımdır ki, Pezeşkian-Mirzoyan görüşü İranın TRIPP-ə rəsmi və qeyri-şərtsiz razılıq verdiyini göstərmir. Hələ burada tam razılıq əldə olunmayıb. Daha çox layihənin icra prosesindən və onun yaratdığı iqtisadi imkanların müzakirəsindən söhbət gedir. Hazırda əsas dəyişiklik İranın yanaşmasında özünü göstərir.Nəticə olaraq İranın mövqeyində artıq bloklaşma yox, hansı şərtlərin region üçün, o cümlədən İran üçün faydalı ola biləcəyi istiqamətində keçid əlamətləri hiss olunur. Bu isə Azərbaycan üçün daha əhəmiyyətlidir”.
Onun sözlərinə görə, prosesin İranın regional layihədən təcrid olunması formasında deyil, əksinə, onun bu layihələrə cəlb edilməsi istiqamətində inkişaf etməsi daha məqsədəuyğundur:
“Proses İranın regional layihədən təcrid olunması formasında deyil, onu artıq başa düşürlər. Azərbaycan, Naxçıvan, Ermənistan, İran və daha geniş Şərq-Qərb bağlantıları bir-birini tamamlayır. Düşünürəm ki, Tehran bunu başa düşür, dərk edir və Zəngəzur dəhlizinin açılışına ciddi mane ola biləcək hər hansı bir arqumenti də yoxdur”.
