Sizin reklam burada
Sizin reklam burada
  • Rayonda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub



    Qax Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.


    "Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını ifadə ediblər.

    Rayon rəhbərliyinin, YAP rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil idarəsinin Qax rayonu üzrə Təhsil sektorunun, təhsil müəssisələrinin rəhbərlərinin, təhsil işçilərinin iştirakı ilə Qax şəhər Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin iclas zalında keçirilən konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Konfransda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Elvin Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti Azərbaycanın müstəqilliyi, inkişafı və gələcəyi üçün güclü intellektual baza yaratmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycan təhsilinin uğurlu inkişafı müasir qlobal çağırışlar, dinamik elmi və elmi-texnoloji inkişaf fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin, iqtisadiyyatımızın və cəmiyyətimizin uğurlu gələcəyi naminə sürətlə davam edir. 

    Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, ölkə rəhbərinin bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.

    Çıxışda həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına, xüsusilə məktəbəqədər və ümumi təhsil müəssisələrinin yenilənməsinə, uşaqların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyəti vurğulanıb.

    Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev,  Şəki-Zaqatala Regional Təhsil idarəsinin Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva və digər təhsil işçiləri təhsil sahəsindəki uğurlardan danışmış,  bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıblar.

             Sonda rayonun bir qrup təhsil işçisi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Qax Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsinin fəxri fərmanları ilə təltif edilmiş, onlara qiymətli hədiyyələr təqdim olunmuşdur.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ