Sizin reklam burada
Sizin reklam burada
  • İNSAN AMİLİ -DƏYƏRLƏR

    Rayon rəhbərinin fəaliyyətini yalnız görülən inzibati işlərlə ölçmək mümkün deyil. Rəhbərin insanlarla münasibəti, onların dərdinə və sevincinə münasibəti, xüsusilə həssas təbəqələrə göstərdiyi diqqət onun fəaliyyətinin mənəvi tərəfini də ortaya qoyur.

    Elvin Paşayevin Qax Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövrdə diqqət çəkən istiqamətlərdən biri də şəhid ailələri və qazilərlə bağlı keçirilən görüşlərdir.

    Şəhid ailəsi ilə görüş sadəcə bir görüş deyil. Bu evlərdə Vətən üçün ən əziz insanını itirmiş anaların, ataların, həyat yoldaşlarının, övladların xatirələri yaşayır. Ona görə də belə görüşlərdə hər bir sözün, hər bir diqqətin xüsusi mənası var.

    Elvin Paşayev şəhid ailələrini ziyarət edir, onların problemləri ilə maraqlanır, şəhid anaları ilə görüşür, onların yanında olmağa çalışır. Şəhidlərin məzarlarını ziyarət etməsi, onların xatirəsinə ehtiram göstərməsi də bu münasibətin mühüm ifadələrindəndir.

    Bəzən bir şəhid məzarının önündə dayanmaq sözlərdən daha çox şey deyir.

    Çünki torpağın altında uyuyan qəhrəmanların hər biri bir ailənin övladı, bir ananın ümidi, bir atanın fəxri, bir uşağın atası və ya qardaşıdır.Şəhidlərin xatirəsini yaşatmaq isə yalnız onların adlarını tədbirlərdə çəkməklə bitmir. Onların keçdiyi həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması da mühüm mənəvi məsuliyyətdir.

    Bu baxımdan şəhidlərin həyat və döyüş yolundan bəhs edən kitabların, oçerklərin və digər ədəbi-publisistik əsərlərin hazırlanmasına diqqət göstərilməsi xüsusi əhəmiyyət daşıyır.

    Elvin Paşayevin bu istiqamətdə yazıçılar, şairlər, publisistlər və yaradıcı insanlarla fikir mübadiləsi aparması, şəhidlərin həyatının sənədləşdirilməsi və onların qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılması ilə bağlı layihələrin həyata keçirilməsinə diqqət yetirməsi mühüm təşəbbüs kimi dəyərləndirilə bilər.

    Çünki şəhid haqqında yazılan hər bir kitab, hər bir sənədli oçerk, hər bir xatirə yazısı gələcəyə göndərilən mənəvi məktubdur.

    Bu gün bir şəhid haqqında yazılan əsər sabah həmin qəhrəmanı tanımayan bir gəncin əlinə keçə bilər. O gənc kitabın səhifələrində yalnız bir insanın həyatını deyil, bütöv bir dövrün tarixini oxuyar.

    Şəhid analarının qəlbində heç vaxt sağalmayan bir yara var. Zaman həmin yaranın ağrısını azalda bilər, amma bir ananın övlad həsrətini yox edə bilməz.Belə analarla görüşmək, onların dərdinə şərik olmaq, onları dinləmək və təsəlli vermək hər şeydən əvvəl mənəvi məsuliyyətdir.Elvin Paşayevin şəhid anaları ilə görüşlərə xüsusi diqqət yetirməsi, onların yanında olması, şəhid övladları ilə görüşərək onları sevindirməyə çalışması bu münasibətin insani tərəfini göstərir.Şəhid balasının başını sığallamaq, onunla söhbət etmək, sevincinə şərik olmaq bəlkə də böyük bir iş kimi görünməyə bilər. Amma həmin uşağın yaddaşında bu görüş illərlə qala bilər çünki şəhid övladları üçün atalarının xatirəsinin dövlət və cəmiyyət tərəfindən yaşadıldığını görmək böyük mənəvi dayaqdır.

    Qax rayonu qaziləri də Vətən savaşının canlı şahidləridirlər.

    Şəhidlər Vətən müharibəsinin əbədi yaddaşıdırsa, qazilər həmin savaşın canlı şahidləridir.

    Müharibədən sağlamlığında izlə qayıdan qazilərimizin sosial və məişət məsələləri ilə maraqlanmaq, onların problemlərinin həllinə diqqət göstərmək də dövlət qayğısının mühüm istiqamətlərindən biridir.

    Elvin Paşayevin rayon rəhbəri kimi fəaliyyətində qazilərlə görüşlərə, onların müraciətlərinə və sosial məsələlərinə diqqət yetirməsi də bu istiqamətdə həyata keçirilən işlərin bir hissəsidir.Qazinin qarşısında dayanarkən əslində onun üzündə Vətən savaşının izlərini görürsən.

    O izlər yalnız yaraların izi deyil.Hər biri bir döyüşün, bir səngərin, bir dostun, bir şəhid silahdaşın xatirəsidir.

    Şəhid məzarlarına ehtiram

    Şəhid məzarları xalqın yaddaş məkanlarıdır.

    Bu məkanların abad saxlanılması, ətraflarının səliqəyə salınması, şəhidlərin məzarlarının daim diqqətdə olması mənəvi borcun ifadəsidir.

    Qax rayonunda şəhid məzarlarının abadlaşdırılması istiqamətində işlərin görülməsi də şəhidlərin xatirəsinə ehtiramın əməli ifadələrindən biri kimi diqqət çəkir.Şəhid məzarına aparılan hər bir abadlıq işi əslində tarixə göstərilən ehtiramdır.

    Çünki gələcək nəsil həmin məzarların qarşısından keçərkən soruşacaq:

    “Bu insanlar kim idi?”

    Cavab isə sadədir:

    Onlar Vətən uğrunda canlarından keçənlərdir.

    Sevindirici haldır ki,Qaxın simasında abadlıq və yaşıllıq işləri vüsət alıb.

    Rayonun inkişafı yalnız sosial məsələlərlə məhdudlaşmır. Şəhərin və yaşayış məntəqələrinin abadlığı, yaşıllaşdırılması, insanların rahatlığı üçün görülən işlər də gündəlik idarəçiliyin mühüm istiqamətlərindəndir.

    Qaxda abadlıq və yaşıllaşdırma tədbirlərinin, ağacəkmə aksiyalarının keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

    “Ağac əkək” təşəbbüsləri yalnız ekoloji tədbir deyil.

    Ağac gələcəyə əkilir.

    Bu gün əkilən bir ağac illər sonra kölgə verəcək, şəhərin havasına, görünüşünə və insanların həyatına təsir göstərəcək.

    Deməli, abadlıq həm bu günə, həm də sabaha xidmət edən işdir.

    Elvin müəllim Qaxlılara həmişə sosial qayğı göstərir ,insanlarla   görüşmək üçün görüşlər təşkil edir.Rayon rəhbərliyinin fəaliyyətinin ən həssas istiqamətlərindən biri də sosial qayğıya ehtiyacı olan insanların problemləridir.

    İmkansız ailələr, kimsəsiz uşaqlar, sosial çətinlik yaşayan insanlar üçün göstərilən diqqət dövlət idarəçiliyinin humanist tərəfini nümayiş etdirir.

    Bəzən bir ailənin ehtiyacı böyük rəqəmlərlə ölçülmür.

    Bir ərzaq bağlaması, bir müraciətin həllinə kömək, bir uşağın sevindirilməsi, bir ailənin probleminin dinlənilməsi həmin insanlar üçün çox böyük məna daşıya bilər.

    Elvin Paşayevin sosial vəziyyəti ağır olan ailələrə, imkansız insanlara və kimsəsiz uşaqlara diqqət göstərməsi, onların problemlərinin həllinə imkanlar daxilində dəstək verilməsi onun fəaliyyətinin insan yönümlü tərəflərindən biri kimi təqdim olunur.

    Burada əsas məsələ yalnız maddi yardım deyil.

    İnsanı görməkdir.

    Onun problemini dinləməkdir.

    Dərdinə biganə qalmamaqdır.

    Qax camaatının içində

    Rəhbər və xalq arasındakı münasibətin ən mühüm göstəricilərindən biri insanların öz rəhbərlərinə müraciət etmək imkanını necə hiss etməsidir.

    Qaxın kənd və yaşayış məntəqələrində insanlarla görüşmək, onların müraciətlərini dinləmək, sosial problemləri yerində öyrənmək idarəçiliyin birbaşa insanla təmasda olan tərəfidir.

    Elvin Paşayevin Qaxda şəhid ailələri, qazilər, sosial qayğıya ehtiyacı olan insanlar və rayon sakinləri ilə keçirdiyi görüşlər onun fəaliyyətinin məhz bu istiqamətini ön plana çıxarır.

    İnsanların rəğbətini qazanmaq isə yalnız vəzifənin verdiyi səlahiyyətlə mümkün deyil.

    Bunun üçün insanlara münasibət, diqqət, dinləmək bacarığı və görülən işlərin nəticəsi lazımdır.Bu baxımdan Qax sakinləri arasında Elvin Paşayevə qarşı formalaşan müsbət münasibət onun rayon rəhbəri kimi fəaliyyətinin ictimai tərəfinə aid edilə bilər.

    Elvin Paşayevin Qaxdakı fəaliyyətinə bu prizmadan baxanda bir neçə istiqamət xüsusilə seçilir:

    şəhidlərə ehtiram;

    şəhid ailələrinə diqqət;

    qazilərə qayğı;

    şəhidlərin həyat və döyüş yollarının gələcək nəsillərə çatdırılması;

    yazıçı və yaradıcı insanlarla əməkdaşlıq;

    sosial qayğıya ehtiyacı olan ailələrə dəstək;

    uşaqlara diqqət;

    şəhərin abadlaşdırılması və yaşıllaşdırılması.

    Bütün bunların mərkəzində isə bir anlayış dayanır:

    İNSAN.

    Dövlət idarəçiliyinin rəqəmləri, hesabatları, sərəncamları və inzibati qərarları var. Amma onların arxasında insan dayanır.

    Şəhid ailəsində — övlad həsrəti ilə yaşayan ana.

    Qazi ailəsində — döyüş yolunun yükünü daşıyan insan.

    Kasıb ailədə — sabaha ümid edən ata-ana.

    Kimsəsiz uşaqda — qayğıya ehtiyacı olan bir körpə.

    Şəhərdə — daha rahat və gözəl mühitdə yaşamaq istəyən sakin.

    Rəhbərin fəaliyyəti bütün bu insanların həyatına toxunduğu zaman idarəçilik yalnız vəzifə anlayışı olmaqdan çıxır, məsuliyyət və xidmət məfhumuna çevrilir.

    Qaxda Elvin Nazim oğlu Paşayevin fəaliyyətinin diqqət çəkən cəhətlərindən biri də məhz bu insan amilinin ön plana çıxmasıdır. Bəlkə də bir rayon rəhbərinin ən böyük qazancı budur:

    İnsanların qapısını döyməkdən çəkinməməsi və insanların da onun qapısını ümidlə döyə bilir.


    Böyük ehtiramla:

    Zülfiyyə İsmayılova, 

    yazıçı,şair-publisist 

    AJB-nin üzvü,


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ