Sizin reklam burada
Sizin reklam burada
  • BDYPİ: “Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib

    Yeni tədris ilinin başlanması ərəfəsində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İdarəsi regionlarda fəaliyyətini gücləndirib.

    BDYPİ-dənverilən məlumata görə, əsasən avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəb lilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

    İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq manitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

    “Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ