Sizin reklam burada
Sizin reklam burada
  • Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

    Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 136 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

    Eyni zamanda, narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Ümumi çəkisi 51,6 kiloqram narkotik vasitə və 381 güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,3 ton çəkidə 1003 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

    Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 19 tüfəng, 1 patron darağı və 18 ədəd patron aşkar edilərək götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər də saxlanılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ