![]()
“Bavariya” klubunun qapıçısı Manuel Noyer Almaniya futbolçuları arasında Çempionlar Liqasında mövsümlərin sayına görə rekorda imza atıb.
Bu rekord sentyabrın 10-da UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində Almaniyanın “Bavariya”sı ilə Norveçin “Bude-Qlimt” komandaları arasında keçirilən oyuna təsadüf edib. Görüş Münxen təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 40 yaşlı qapıçı bu qarşılaşma ilə Çempionlar Liqasında 18-ci mövsümünü keçirib.
Qeyd edək ki, təcrübəli qapıçı 17 mövsümlə bu göstəricidə lider olan Tomas Mülleri geridə qoyub.
