Sizin reklam burada
Sizin reklam burada
  • Sabunçu Tibb Mərkəzində maarifləndirici tədbir keçirilib

    Sabunçu Tibb Mərkəzində səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub.

    "Atributinfo.az" xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə baş tutub.

    Tədbirdə mərkəzin inzibati işlər üzrə direktor müavini Rəşad Veysov, eləcə də tibbi və inzibati heyət iştirak edib. FHN nümayəndələri tərəfindən yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hallarda operativ davranış və ilkin müdaxilə prinsipləri barədə ətraflı məlumat verilib.

    Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi tibb müəssisələrində təhlükəsizlik mədəniyyətinin daha da gücləndirilməsinə xidmət edir.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ