Sizin reklam burada
Sizin reklam burada
  • Rayon rəhbəri Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir

    Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün bölgələrində olduğu kimi, rayonumuzda da şəhid və müharibə iştirakçılarının ailələrinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir.

    "Atributinfo.az" xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon rəhbəri təyin olunduğu gündən şəhidlər xiyabanını və ərazidə mövcud olan şəhid məzarlarını ziyarət edir, mütəmadi olaraq onların ailələrinə baş çəkir, qayğıları ilə yaxından maraqlanır.
    Həftə ərzində RİH başçısı növbəti ziyarətləri ilə şəhid analarının qonağı olub, onlara sonsuz ehtiramını bildirib. Başçı Qaşqaçay kəndində Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimovanı, şəhid Yusif Abdullayevin anası Təzəgül Abdullayevanı və şəhid Zeynəddin Rəhimovun anası Münəvvər Rəhimovanı ziyarət edib. Ziyarət proqramı çərçivəsində Armudlu kəndinə də baş çəkilib və burada şəhid Şıxəli Manafovun anası Sahibə Manafova ilə səmimi görüş keçirilib.
    Görüşlər zamanı şəhid ailələrinin sosial ehtiyacları və səsləndirdikləri müraciətlər diqqətlə dinlənilir. Qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara yerindəcə müvafiq tapşırıqlar verilir.
    Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ