"Atributinfo.az" xəbər verir ki, müraciətlərin daha operativ həlli və yerində araşdırılması məqsədilə qəbulda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və Masallı Təhsil Fondunun rəhbəri Hüseyn Hüseynov iştirak edib.
Qəbul zamanı müraciətləri fərdi dinlənilib, seçiciləri narahat edən məsələlərlə yaxından tanış olunub. Qaldırılan problemlərin bir qismi yerində həllini tapıb, digərlərinin aidiyyəti üzrə həlli üçün müvafiq qurumlara müraciət edilməsi ilə bağlı tapşırıqlar verilib.
"Vətəndaşlarımızla birbaşa ünsiyyət qurmaq, onların fikir və təkliflərini dinləmək hər zaman fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Hər bir müraciətə həssaslıqla yanaşır, insanların problemlərinin həlli üçün səylərimizi bundan sonra da davam etdirəcəyik."- Bunu deputat Məşhur Məmmədov "atributinfo.az"a eksklüziv açıqlamasında bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
