Sizin reklam burada
Sizin reklam burada
  • YAP Göygöl rayon təşkilatının Xaqani kənd Ərazi partiya təşkilatında tədbir keçirilib.

    Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Xaqani kənd ərazi partiya təşkilatında "Azərbaycan regional sülhün təminatçısı və beynəlxalq dialoq mərkəzidir" mövzusunda tədbir təşkil olunub.
    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan və Prezident İlham Əliyevin öz xalqı qarşısındakı xidmətlərindən danışıb, ölkə başçısının həyata keçirdiyi siyasətin dövlətçiliyin möhkəmlənməsinə və vətəndaşların rifahına xidmət etdiyini qeyd edib, regionun lider dövləti olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradan ölkəmizin beynəlxalq dialoq mərkəzinə çevrildiyini diqqətə çatdırıb. O, XIII Qlobal Bakı Forumunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq qlobal miqyasda baş verən münaqişələrin, siyasi gərginliklərin və yeni təhlükəsizlik çağırışlarının bütün dövlətlər qarşısında daha ciddi və məsuliyyətli vəzifələr qoyduğunu, təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir ölkənin dövlət siyasətində əsas prioritetlərdən olduğunu bildirib.
    Vüqar İsayev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən, regionda sülh gündəliyini irəli sürməsindən və qlobal dəyişikliklər fonunda Azərbaycanın sülh və təhlükəsizlik modeli formalaşdırmasından ətraflı bəhs edib.
    Tədbirdə ərazi partiya təşkilatının sədri Natiq Cəfərov, partiya fəalları Validə Mustafayeva, Məryəm Məmmədova və digərləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gücünün, qüdrətinin və beynəlxalq nüfuzunun artdığını vurğulayıblar.
    Sonda təşkilati məsələlərə baxılıb və Rzayev Rahib Raquf oğlu ərazi partiya təşkilatının sədr müavini seçilib.

    /atributinfo.az/














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ