"Atributinfo.az" məlumat verir ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev həm yerli, həm də əcnəbi turistlərin böyük marağına səbəb olan “Qax Balıq” (Gakh Fish) təsərrüfatının fəaliyyəti ilə yaxından tanış olub.
Ümumi sahəsi təxminən 2 hektarı əhatə edən bu müasir təsərrüfatda xüsusi su hövzələri və göllər kompleksi yaradılmışdır. Hər biri 0,5 hektar sahəni əhatə edən dörd böyük göl və kanal tipli hövzələrdə balıq yetişdirilməsi və satışı uğurla həyata keçirilir. Bildirilib ki, müəssisədə illik təxminən 2 ton Forel (çay balığı), həmçinin göl balıqçılığı istiqamətində illik 2-3 ton həcmində Ağ amur, Sazan və Xanı balıqları istehsal olunur.
Təsərrüfatın gələcək inkişaf planları çərçivəsində məhsul çeşidini daha da zənginləşdirmək məqsədilə bölgəyə məxsus xüsusi balıq növlərinin də yetişdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs rayonun daxili bazarının keyfiyyətli məhsulla təmin edilməsi ilə yanaşı, regionun turizm potensialının və cəlbediciliyinin daha da yüksəldilməsinə xidmət edəcəkdir.
Bəradər
"Atributinfo.az"
