Təcrübə proqramı çərçivəsində tələbələr üçün müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir. Onlar taxıl sahələrində aparılan müşahidə və monitorinq işləri ilə tanış olur, laboratoriyada aparılan analiz prosesləri haqqında məlumat əldə edir, həmçinin istixanada bitkilərin becərilməsi və mühafizəsi sahəsində praktiki biliklərini artırırlar.
Bu təcrübə və təlimlər tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirməsinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına şərait yaradır.
