İordaniya Nümayəndələr Palatası spikerinin başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı Mazen Torki Saud Əl-Qadini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
