Sizin reklam burada
Sizin reklam burada
  • Rusiya Ukrayna limanlarına doğru üzən ticarət gəmilərinə hücum edib

    İyunun 22-sinə keçən gecə Rusiya Ukrayna limanlarına doğru üzən mülki ticarət gəmilərinə zərbə endirmək üçün dronlardan istifadə edib.

    Ukrayna Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Dəniz Limanları İdarəsinin (USPA) mətbuat xidməti xəbər verir ki, Türkiyəyə məxsus VICTRESS gəmisində yanğın baş verib.

    Quru yük gəmisi Türkiyəyə məxsus olsa da, Panama bayrağı altında üzürdü. Pilotsuz uçuş aparatının zərbəsindən sonra gəmidə yanğın baş verib və ona ciddi ziyan dəyib.

    Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmi heyətini xilas etmək səylərinə baxmayaraq, bir nəfər həlak olub.

    “Təəssüf ki, heyət üzvü - 58 yaşlı aşpaz həlak olub. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Qalan səkkiz dənizçi təxliyə edilib”, -deyə USPA bildirib.

    Rusiya qoşunlarının hücumları nəticəsində Palau və Beliz bayraqları altında üzən mülki gəmilər də zərər görüb. Tələfat olmayıb və gəmilər yollarına davam ediblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ