Sizin reklam burada
Sizin reklam burada
  • Prezidentin köməkçisi: 32 rayonda 52 aqropark yaradılıb

    Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb.

    Bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov deyib.

    “Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib”, - deyə Xalid Əhədov bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ