Dövlət Komitəsindən bildirilib ki, tədbirdə qadınların səlahiyyətləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarına Azərbaycanda qadın hüquqlarının qorunması və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, həyata keçirilən dövlət proqramlarının qadınların liderlik bacarıqlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və qərarvermə proseslərində iştirakının artırılmasına töhfə verdiyini deyib, müsbət statistik göstəriciləri diqqətə çatdırıb.
O, həmçinin qadınların səlahiyyətləndirilməsinin ailənin güclənməsi, cəmiyyətin sabitliyi, eyni zamanda, dövlətlərin dayanıqlı inkişafı üçün vacib olduğunu bildirərək, bir sıra təkliflər səsləndirib.
