Sizin reklam burada
Sizin reklam burada
  • “PAMBIQ BİTKİSİNİN OPTİMAL BECƏRMƏ AQROTEXNOLOGİYASI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu-nun təşkilatçılığı ilə bitki mütəxəssisi Səbuhi Eldarovun təqdimatında “Pambıq bitkisinin optimal becərmə aqrotexnologiyası” mövzusunda təlim keçirilib.

    Təlim əyani və onlayn formatda təşkil olunub, onlayn iştirakçılar Zoom platforması üzərindən tədbirə qoşulublar.

    Tədbir zamanı pambıq bitkisinin bioloji xüsusiyyətləri, torpaq-iqlim tələbləri, növbəli əkin sistemində yerləşdirilməsi, torpağın əsas və səthi becərilməsi, səpin müddəti və norması, gübrələmə sistemi, suvarma rejimi barədə geniş məlumat təqdim olunub. Bildirilib ki, pambıq ölkə üçün strateji əhəmiyyətə malik texniki bitki olmaqla, aqrotexniki tədbirlərin elmi əsaslarla və optimal vaxtda icrasını tələb edir.

    Çıxışda sahələrin aqrotexniki baxımdan düzgün hazırlanmasının, qida maddələrinin balanslı verilməsinin və suvarmanın vegetasiya mərhələlərinə uyğun tənzimlənməsinin məhsuldarlığa birbaşa təsir etdiyi diqqətə çatdırılıb. Həmçinin alaq otlarına qarşı səmərəli mübarizə üsulları və məhsul yığımının itkisiz təşkili ilə bağlı praktik tövsiyələr səsləndirilib.

    Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və sahədə rast gəlinən çətinliklər ətrafında fikir mübadiləsi aparılıb. Sonda vurğulanıb ki, bu kimi maarifləndirici tədbirlər pambıqçılıqda müasir yanaşmaların tətbiqinə, istehsalın səmərəliliyinin artırılmasına və aqrar sahədə davamlı inkişafın təmin olunmasına xidmət edir.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ