"Atributinfo.az" xəbər verir ki, Astara şəhərində Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının inzibati binasında keçirilən qəbulda YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.
Qəbul zamanı vətəndaşlar əsasən sosial məsələlər, məşğulluq, sağlamlıq və digər ictimai əhəmiyyətli mövzularla bağlı müraciətlərini səsləndiriblər. Müraciətlərin bir qismi yerində araşdırılaraq həllini tapmış, əlavə araşdırma və müdaxilə tələb edən məsələlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib.
Millət vəkili Rəşad Mahmudov vətəndaşların müraciətlərinin diqqətdə saxlanılacağını, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla iş aparılacağını bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət-vətəndaş münasibətləri siyasətinin əsas prinsiplərindən biri hər bir vətəndaşın probleminə həssas yanaşmaq, onları dinləmək və həllinə dəstək göstərməkdir. Bu baxımdan vətəndaş qəbullarının mütəmadi keçirilməsi, insanların müraciətlərinin dinlənilməsi və aidiyyəti qurumlar qarşısında qaldırılması millət vəkilinin fəaliyyətinin mühüm istiqamətlərindən biri olaraq bundan sonra da davam etdiriləcəkdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
