"Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparatın əməkdaşları iştirak ediblər. Görüş iştirakçıları yubilyara ürək sözlərini və səmimi təbriklərini çatdırıblar.
Təbrikdə deyilir:
"Hörmətli Vaqif müəllim!
Sizi partianın veteran üzvü, Alaşa kəndi üzrə ƏPT-nın sədri kimi səmərəli fəaliyyətiniz və həyatınızın əlamətdar mərhələsi olan 65 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
İnanırıq ki, bundan sonra da zəngin həyat təcrübəniz və peşəkarlığınızla partiyamızın işlərinə öz dəyərli töhfələrinizi verməyə davam edəcəksiniz."
Vaqif Ağayev çıxışında bildirmişdir: “Hələ gənc yaşlarımda XX əsrin 90-cı illərinin əvvəllərində yaranmaqda olan yeni siyasi cərəyana - doğma partiyamıza böyük inam və ümidlə qatıldıq. Ölkəmiz çətin sınaqlara üz-üzə idi, xalqıımız təlaş içində olduğu vaxt dahi şəxsiyyət Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını üzərinə götürdü. Bu gün ulu öndər Heydər Əliyevə, onun siyasi xəttinə və layiqli davamçısı Müzəffər Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevə minnətdarıq. Bundan sonra da bütün gücümlə partiyamıza xidmət edəcəyəm. Ayrıca göstərdiyiniz diqqət və qayğıya görə Partiyamızın rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm”.
Yubilyarı bir daha təbrik edir, uzun və sağlam ömür arzulayırıq.
Bəradər Səməndərli
"Atributinfo.az"
