Sizin reklam burada
Sizin reklam burada
  • Qabaqcıl məktəb - nümunəvi rəhbər

    Bu günlər yolumuz Bakının Qaradağ rayonundakı E. Həsənov adına 139 saylı tam orta məktəbə düşmüşdü. Qarşımıza çıxan şagird və müəllimlərlə eksklüziv qaydada həmsöhbət olmağımız bizə məktəbin ümumi tədris-təlim fəaliyyəti barədə yetərincə məlumatlanmaq imkanları verdi. Öyrəndik ki, sözügedən təhsil ocağına Səadət müəllimə rəhbərlik edir. Yəni, daha aydın desək, Səadət Qafar qızı Mirzəyeva ( hazırda direktor vəzifəsini müvəqqəti icra edir) burada direktor müavinidir.
    Onu da öyrəndik ki, hazırda məktəbdə 2306 şagird təhsil alır. Təhsilin keyfiyyətinə gəldikdə isə, məktəb XI sinif qəbulun nəticələrinə görə rayonda birinci, IX sinif buraxılış imtahan nəticələrinə görə isə üçüncü yerdədir.
    Ötən il 3 şagird qəbul imtahanında 650-dən yuxarı bal toplayıb. 2022-ci ildə isə bir nəfər RFO-nun qalibi olub, həmin ildə məktəbin müəllim və şagirdlərdən ibarət komandası "Saf-Steam Azərbaycan" festivalında birinci yeri tutub. Təbii ki, bütün bu uğurların kökündə yüksək təhsil, ciddi nizam-intizam, nümunəvi pedaqoji fəaliyyət dayanır.
    Həmsözçülərimiz onu da vurğuladılar ki, Səadət müəllimə fəaliyyəti müddətində məktəbdaxili qaydalara, nizamnaməyə və etik normalara ciddi riayət edir, şəffaf idarəetmə ilə kollektivin yüksək etimadını qazanır. O, təlim-tərbiyə prosesinin mərkəzində şagirdlərin maraqlarını və düzgün interaktiv inkişafını əsas tutur. Bildirdilər ki, onu təkcə məktəb-pedaqoji kollektivi deyil, həm də effektiv ünsiyyət qurduğuna, şikayət və təkliflərini dinlədiyinə görə valideynlər də sevir.
    Bu arada yenə bir neçə müəllimə və valideyn yaxınlaşaraq söhbətə qoşuldu. Onlar bəzi əsas məziyyətləri dilə gətirərək qeyd etdilər ki, Səadət müəllimə təhsil prosesini təkcə inzibati deyil, həm də mənəvi baxımdan idarə edir, bütün müəllim heyətinin nümunəvi fikirlərini dəstəkləyir, şagirdlərin inkişafi naminə təhlükəsiz və innovativ mühit yaradır. Belə bir rəhbər həm akademik uğurlara, həm də şagirdlərin fərdi potensialının artırılmasına eyni dərəcədə önəm verir.
    "Səadət müəllimə hər zaman məktəbimizin parlaq gələcəyi naminə müasir tələblərə cavab verən inkişaf planları hazırlayır, eyni zamanda müəllim-pedaqoji heyətə motivasiya verir, çətin anlarımızda bizə dəstək olur"- deyə, bizimlə həmsöhbət olan müəllimlər vurğuladılar.
    Bizə isə onlara fəaliyyətlərində uğurlar arzulayıb geri dönmək qaldı.

    Bəradər Səməndərli
    "Atribut"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ