Nazirlikdən verilən məlumata görə, görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.
Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernləşdirilməsi, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.
