"Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq addımlar atılıb.
"Bəzən vətəndaşların müraciətləri yerindəcə həll edilsə də, səlahiyyətimizdən kənar olan məsələlər də olur. Belə hallarda müraciətlər aidiyyəti qurumlara göndərilir və nəticə barədə nəzarət tərəfimizdən davam etdirilir."
Bunu qəbul öncəsi "atributinfo.az"a açıqlamasında sözügedən millət vəkili Məşhur Məmmədov deyib.
O, bildirib ki, hər bir vətəndaşın müraciəti bizim üçün önəmlidir. Onların problemlərinin operativ və qanunauyğun həlli daim diqqət mərkəzində saxlanılır.
Bəradər Səməndərli
"Atributinfo.az"
